Təbii resurslar
Təbii resurslar – cəmiyyətin maddi və mədəni tələbatını ödəmək üçün istifadə olunan, bəşəriyyəti əhatə edən təbii mühitin komponentləri. T.r.-ın mühafizəsinin əsas prinsipi onların səmərəli və qənaətlə istifadəsi və mümkün qədər istehsalı hesab edilir.
Kompleks tədbirlər həyata keçirərək antropogen təsirlər nəticəsində qismən və ya tam gücdən düşmüş təbii resursların əvvəlki vəziyyətini bərpa etmək (məs. meşənin bərpası, bitkinin reintroduksiyası, heyvanların reaklimatizasiyası və s.).
Coğrafiya elminin bir hissəsi, ayrı-ayrı təbii resursların növ və birləşmələrinin yerləşməsi, onların qiymətləndirilməsi, kompleks istifadəsi və yenidən bərpasını tədqiq edir.
Təbii nemətlərdən (torpaq, bitki, heyvan, faydalı qazıntı, su, iqlim şəraiti və b.) təsərrüfatda istifadə edilməsi imkanları (mümkünlüyü) məcmusu
Müxtəlif statistika hesabatların, təbii resursların mühafizəsi və səmərəli istifadəsi üzrə proqramın hazırlanması məqsədilə təbii sərvətlərin miqdarının, keyfiyyətinin, ehtiyatının dinamikasının və istismarının uçotu.
İstehsal dövriyyəsinə qatılan faydalı qazıntılar və digər təbii sərvətlərin qiyməti.
Aşağıdakı kriteriləri ödəyərək təbii sərvətlərdən istifadə olunması:
Təbii sərvətlərin (mineral resursların) və tullantıların tam, kompleks istifadəsi;
Yeni əmələ gələn təbii (bioloji) resurslardan minimum istifadə;
Təbii resurslardan ən yüksək iqtisadi gəlir götürmək;
Uzunmüddətli ekoloji-sosial balansın təmin olunması.
Təbii resursların əvəz olunması - bir təbii resursun, bir qayda olaraq, hazırkı tarixi dövr üçün iqtisadi cəhətdən daha səmərəli sayılan digəri ilə əvəz edilməsidir. Təbii resursların əvəz olunmasına energetik sıranı misal göstərmək olar: ağac yanacağı - mineral yanacaq - atom və ya günəş enerjisi.